"Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyəti" adlı elektron nəşr Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyəti hərtərəfli şəkildə təqdim olunur. Burada beynəlxalq səfərlər, görüşlər və diplomatik fəaliyyətin xronikası, xarici siyasətə dair nitq və bəyanatlar, həmçinin bu sahə ilə bağlı qəbul edilmiş qanunlar, fərmanlar və sərəncamlar sistemli şəkildə bir araya gətirilərək Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri və inkişaf mərhələləri əks etdirilir. Elektron layihə ölkənin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətin ardıcıl mənzərəsini yaradır. Eyni zamanda, tədqiqatçılar, tələbələr və xarici siyasətlə maraqlanan oxucular üçün etibarlı məlumat mənbəyi kimi əhəmiyyət daşıyır.