"Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyəti" adlı
dörd fəsildən ibarət olan bu elektron nəşrin birinci fəsli "Xarici siyasət fəaliyyətinin
xronikası", ikinci fəsli "Xarici siyasətə dair nitqlər, çıxışlar, bəyanatlar,
müsahibələr", üçüncü fəsli "Xarici siyasətlə bağlı qanun, fərman və sərəncamların
xronikası", dördüncü fəsli isə "Xarici ölkələrə səfərlərin fotoxronikası" adlanır.
Elektron nəşrdə əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu və
Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi xarici siyasət kursunun prioritetləri,
həyata keçirilən balanslaşdırılmış siyasi xəttin bütün məqamları əhatə olunmuşdur. Beynəlxalq
icmalçılar, politoloqlar, tədqiqatçılar, dövlət orqanlarının əməkdaşları, eləcə də geniş oxucu kütləsi
üçün nəzərdə tutulmuş elektron nəşr rəsmi mətbuat materialları əsasında mütəmadi olaraq yenilənilir.